COP29

“Qarabağ”a görə küçələri “Molde” bayrağı ilə bəzədilər - FOTOLAR

30 Noyabr 2023 22:40 Gündəm 448
“Qarabağ”a görə küçələri “Molde” bayrağı ilə bəzədilər - FOTOLAR

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün keçiriləcək "Molde" - "Qarabağ" oyunu öncəsi Molde şəhərinin küçələri Norveç klubunun bayrağı ilə bəzədilib.

Sportinfo.az xəbər verir ki, bu gündən sözügedən şəhərdə bəzi yaşayış binalarının, restoranların, mağazaların önünə "Molde"nin bayrağı asılıb.

Bu addım Molde şəhərində ənənə halını alıb. Vacib oyunlardan öncə həmişə şəhərin küçələrində bayraqlar yer alır. Bəzi yerlərdə isə klubun banneri açılıb.

Şəhərdə bu oyuna maraq böyükdür. Bu da təsadüfi deyil.

Çünki Norveç klubu "Qarabağ"a qarşı matçda 2 top fərqi ilə qalib gələrsə, son turun nəticəsindən asılı olmayaraq, Avoliqanın pley-offuna vəsiqə qazanacaq.

Ağdam təmsilçisi də rəqibini məğlub edəcəyi təqdirdə, 1 tur əvvəldən Avroliqada pley-offda iştirakı təmin edəcək.

"Molde" - "Qarabağ" görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.

















Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!