"Qarabağ"ın oyununa Moldedə böyük maraq yoxdur.
Ən azı şəhər küçələrindəki bir neçə saatlıq axşam gəzintisində bunu hiss etmədik.
Səhər necə olacağını gözləmək lazımdır.
Amma arenadakı mənzərinin necə olacağı artıq bizə məlumdur.
11249 nəfər tutumu olan "Aken" stadionu tam dolmayacaq.
Bu barədə "Molde" rəsmisi Norveçə ezam olunan Sportinfo.az-ın əməkdaşına məlumat verib.
Belə ki, "Qarabağ"la oyun üçün satışa cəmi 6 min bilet çıxarılıb.
Dünnən axşama kimi onun 5300-ü satılıb.
"Molde" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə 00:00-da görüşə start veriləcək.
XANOĞLAN / SPORTİNFO.AZ