
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
Sportuinfo.az xəbər verir ki, günün sonuncu matçında "Sumqayıt" "Lerik"lə üz-üzə gəlib.
Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 6:0-lıq qələbəsi ilə bitib. Komanda 1/8 finalda "Karvan"la görüşəcək.
Bu gün "Kəpəz", "Qaradağ Lökbatan" və "Araz-Naxçıvan" da növbəti mərhələyə vəsiqə qazanıblar.
Ötən gün "İrəvan", MOİK, "Karvan", "Səbail" və "Turan Tovuz" 1/8 finala yüksəliblər. Bu raundun digər matçları noyabrın 30-da reallaşacaq.
“Şahdağ Qusar” – “Qaradağ Lökbatan” - 0:1
Qol: Sultan Mustafayev, 60
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
“Kəpəz” – “Baku Sportinq” - 2:0
Qollar: Nemət Musayev, 99, Martins Junior, 107
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Tovuz şəhər stadionu
“Kür-Araz” – “Araz-Naxçıvan” - 1:6
Qollar: Ramazan Abbasov, 52 - Kadiri Mohammed, 21, Nicat Süleymanov, 47, 87, 90+2, Orxan Əliyev, 65, 88
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev.
“Dalğa Arena”
“Lerik” – “Sumqayıt” - 0:6
Qollar: Rövlan Muradov, 19, Sənan Muradlı, 41, Erik Sorqa, 54, Kamran Quliyev, 68 Nihad Əhmədzadə, 77-pen. Kamran Quliyev, 80
Qırmızı vərəqə: Rahid Ağazadə, 23
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov.
“Kapital Bank Arena”
28 noyabr (çərşənbə axşamı)
“Karvan” – “Difai Ağsu” - 1:0
“Araz Saatlı” – “İrəvan” - 1:4
MOİK – “Cəbrayıl” - 4:0
“Şəfa” – “Səbail” - 0:7
“Turan Tovuz” – “Göygöl” - 5:1
1/8 final cütlükləri
"Qarabağ" - MOİK
"Turan Tovuz" - "Zirə"
"Neftçi" - “Qaradağ Lökbatan”
"İrəvan" - "Araz-Naxçıvan"
"Sumqayıt" - "Karvan"
"Səbail" / "Zaqatala" - "Şamaxı" cütünün qalibi
“Kəpəz” – “Bakı Sportinq” cütünün qalibi / "Sabah"
“İmişli” – “Mingəçevir” cütünün qalibi / "Qəbələ"