“Ləvəngi”də ləvəngisiz...

24 Noyabr 2023 23:20 Gündəm 579
“Ləvəngi”də ləvəngisiz...

“Sportinfo”da ad günləri sıraya düzülüb.

Noyabrın 24-də saytın təsisçisi və baş redaktoru İlkin Vaqifoğlunun, bir gün sonra redaktorumuz İlkin Fikrətoğlunun doğum günüdür.

Saytın kollektivinin noyabrın 23-də “Ləvəngi” restoranında bir araya gəlməsinin əsl səbəbi də elə bu idi.

Lakin ölkə futbolunda son günlər yaşananların mövzusu o qədər geniş dairəni əhatə etdi ki, ad günü təbriklərimiz məclisin sonuna qaldı.

Canni de Byazinin Azərbaycan karyerasının başa çatmasının əsl səbəbkarlardan olan İlkin Fikrətoğlu millimizin Belçika ilə oyunundan sonra videoyazıda Canni de Byazi ilə tam görünməyən dialoqu olduğu kimi danışdı, baş məşqçinin dilinə gətirdiyi “axmaq” ifadəsinin vaxtında tərcümə olunacağı təqdirdə həmin an baş verə biləcək mümkün insidentdən danışdı.

Yekunda yeni çalışdırıcının kimliyi ilə bağlı müzakirələr aparıldı.

Oxuculardan, dostlardan, futbol ictimaiyyətindən eşitdiyimiz təklifləri diqqətə çatdırdıq ki, saytda yaşanan mümkün nöqsanlar ən qısa zamanda aradan qaldırılsın.

“Ləvəngi”də ləvəngisiz yığıncağın axırına yaxın səbəbkarların sağlığına ürək sözlərimizi deyib, badə qaldırdıq.

İlkinləri bir daha təbrik edir, can sağlığı, uzun ömür, ailə səadəti və iş fəaliyyətlərində uğurlar arzulayırıq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti