De Byazi AFFA rəhbərliyinə də hörmətsizlik etdi

22 Noyabr 2023 10:40 Gündəm 1 912
De Byazi AFFA rəhbərliyinə də hörmətsizlik etdi

Bir qədər əvvəl AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası başlayıb.

İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmir.

İclasın gündəliyinə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxildir.
İtaliyalı iclası erkən tərk edib.

67 yaşlı mütəxəssis toplantı zalında cəmi 10 dəqiqə qalıb. O, Avro-2024-ün seçmə mərhələsinin yekunları barədə qısa məlumat verəndən sonra sorğu-sualdan yayınıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti