AFFA-nın qərarını saymazyana qarşıladı, Azərbaycana arxa çevirdi

21 Noyabr 2023 16:00 Gündəm 2 049
AFFA-nın qərarını saymazyana qarşıladı, Azərbaycana arxa çevirdi

Noyabrın 22-də AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.

Saat 10:00-da AFFA-nın inzibatı binasında başlayacaq iclasın gündəliyində əsas məsələ Canni De Byazinin Azərbaycan millisindəki taleyi olacaq.

2020-ci ildən ölkəmizdə işləyən italyanın buranı tərk edəcəyi dəqiqdir. Avro-2024-ün seçmə mərhələsində uğursuz nəticələrə imza atan, Belçika ilə Brüsseldəki matçdan sonra media mənsublarının ünvanına həqarətlər yağdıran 65 yaşlı qocanın «qələmi qırılıb».

AFFA artıq bu barədə səbəbkarı məlumatlandırıb. De Byazi qərarı saymazyana qarşılayıb. O, Azərbaycandakı fəaliyyətini davam etdirmək istəyinin olmadığını, başqa təkliflər aldığını iddia edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti