“Ermənistanı azərbaycanlı qardaşlarımızın uzatdıqları sülh əlini tutmağa dəvət edirəm”

21 Noyabr 2023 08:10 Gündəm 520
“Ermənistanı azərbaycanlı qardaşlarımızın uzatdıqları sülh əlini tutmağa dəvət edirəm”

“Bəzi Qərb dövlətləri hələ də Qarabağ müharibəsi ilə bölgəmizdə tamamilə yeni dövrün başladığını dərk edə bilmirlər”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hökumət toplantısından sonra bildirib.

“Erməni xalqı və onu idarə edənlər təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar. Ermənistanı təxribata çəkərək özlərinə qazanc əldə edənlər əslində ən böyük zərəri ermənilərə vurdular.

Mən buradan bir daha Ermənistanı azərbaycanlı qardaşlarımızın uzatdıqları sülh əlini tutmağa dəvət edirəm”, - Ərdoğan əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 18:10 Çək və bizə göndər!