“Zenit”in baş məşqçisi 19 ildən sonra Bakıda nəyə təəccübləndi? - FOTOLAR

18 Noyabr 2023 20:40 Gündəm 5 632
“Zenit”in baş məşqçisi 19 ildən sonra Bakıda nəyə təəccübləndi? - FOTOLAR

“Neftçi”ylə yoldaşlıq oyunu üçün ölkəmizə gələn “Zenit”in nümayəndə heyəti matç günü səhər saatlarında paytaxtımıza göz gəzdirmək qərarına gəlib.

Qonaqlar bunun üçün məskunlaşdıqları “Hilton” otelinin yaxınlığındakı Dənizkənarı Bulvara baş çəkib.

Havanın küləkli və çiskinli olmasına baxmayaraq, bu, soyuq Rusiyadan gələnləri qorxutmayıb.

Onlar Xəzər dənizini maraqla seyr edib, Bakının ümumi mənzərəsinə nəzər yetirib, gördüklərini telefonlarının yaddaşına köçürüblər.

Bu mənada diqqətlər “ağ-göylər”in baş məşqçisi Sergey Semaka yönəlib. 47 yaşlı çalışdırıcı 19 il əvvəl “Neftçi” – ÇSKA (Moskva) oyunu üçün səfər etdiyi Bakının xeyli dəyişməsi haqda ağızdolusu danışıb.

O, gördüklərindən yaxşı mənada təəccübləndi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti