“Neftçi”ylə yoldaşlıq görüşü üçün ölkəmizə gələn “Zenit”in nümayəndə heyətinin ilk işi Bakını gəzmək olub.
Paytaxtımıza noyabrın 17-də təşrif buyuran Sankt-Peterburq təmsilçisinin üzvləri ertəsi məskunlaşdıqları “Hilton” otelini tərk edərək Dənizkənarı Bulvarı gəziblər.
Gəzinti zamanı maraqlı olay yaşanıb.
Belə ki, “Zenit”in futbolçularını “Bulvar”da görən bir qrup azərbaycanlı şagird ayaq saxlayaraq qonaqları “hello, hello” şəklində salamlayıb.
Azyaşlıların isti münasibəti futbolçuların marağına səbəb olub. Onlardan bir neçəsi uşaqlara əl sallayıb, klubun işçisi isə həmin anın görüntülərini klubun sosial media hesabında yerləşdirib.
HƏBİB / SPORTİNFO.AZ
Aşağıdakı videoda görüntülərlə tanış ola bilərsiniz.

