
Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 15 il ötür.
2008-ci ilin bu günü, noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib.
Azərbaycan Mətbuat Şurasının üzvü olan sayt "5 Media" şirkətinin media layihələrindən biridir.
Sportinfo.az saytının kollektivi bu münasibətlə Qol.az-dan olan həmkarlarını təbrik edir, yeni-yeni uğurlar arzulayır.