Tovuzda yeni futbol klubu yaradılıb.
«Hünər»FK ilk mərhələdə uşaq futbolunda fəaliyyət göstərəcək.
Onun məqsədi Tovuz və ətraf rayonlardan istedadlı uşaq və yeniyetmələri tapıb üzə çıxarmaq, yetişdirmək və ölkə çempionatında çıxış etməkdir.
Növbəti etaplarda isə biz «Hünər»i daha üst səviyyəli yarış meydanlarında görəcəyik.
Ad sizə nəsə demədir? Bəli, ideya «Hünər Qrup»un təsisçisi Ehtiram Quliyevə məxsusdur.
2023-cü ilin əvvəlində «Turan Tovuz»u himayəsinə götürən şirkət bu klubu yaratmağı da məsləhət bilib. «Hünər»in rəhbərliyi və strukturu yaxın günlərdə təsdiqlənəcək.
SPORTİNFO.AZ

