Belə qərar verdilər – Millimizlə oyundan əvvəl

16 Noyabr 2023 20:20 Gündəm 561
Belə qərar verdilər – Millimizlə oyundan əvvəl

Sportinfo.az xəbər verir ki, İsveç komandası bu gün Azərbaycan millisi ilə oyuna qara sarğı ilə çıxacaq.

Oktyabrın 16-da Avro-2024-ün Belçika - İsveç matçından əvvəl qonaq komandanın iki nəfər azarkeşi Brüsseldə qətlə yetirilib.

Bu səbəbdən fasilədən sonra oyun yarıçmıq dayandırılıb.

İsveç Futbol Federasiyası həmin azarkeşlərin xatirəsinə ehtiram olaraq bugünkü oyuna qara sarğı ilə çıxmaq barədə qərar verib. Bu qərar UEFA tərəfindən təsdiqlənib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - İsveç oyunu saat 21:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti