Ordudan yayınan 5000 nəfər Ermənistana necə qaytarılacaq?

15 Noyabr 2023 12:30 Gündəm 574
Ordudan yayınan 5000 nəfər Ermənistana necə qaytarılacaq?

Hazırda icbari hərbi xidmətdən yayınan və yaşı 27-yə çatmış 5 minə yaxın Ermənistan vətəndaşı barəsində cinayət işi başlanıb.

Bunu Ermənistan hökumətinin deputatı Hayk Sarkisyan açıqlayıb.

O bildirib ki, Ermənistana qayıtdıqları təqdirdə onları həbs gözləyir:

“Mövcud qanunvericiliyimizə görə, 18 yaşına çatmış kişi vətəndaşlar silahlı sayılır. Başqa sözlə, mövcud reqlamentə görə, 27 yaşlı oğlanlar xidmət keçə bilməz, onların yalnız bir seçimi var:

Cinayət Məcəlləsinin 461-ci maddəsi ilə 5 ilə qədər həbs cəzası almaq. Lakin mən 5 ilə qədər həbs cəzası əvəzinə, minlərlə kişiyə Ermənistana qayıtmaq və cinayət təqibindən azad olmaq imkanı verilməsini təklif edirəm".

Həmçinin bu yazını oxuyun: Военные поставки из Франции в Армению в нарушение правила ЕС - Как отреагирует Брюссель?

Deputatın sözlərinə görə, bundan sonra onlara imkan veriləcək ki, ölkəyə qayıdarkən məhkum olunmaq əvəzinə pul ödəyib xidmət etməsinlər:

"Artıq qanun layihəsinə əsasən, çağırış yaşına çatmış şəxslərə 5 variant təklif olunacaq. Hərbi xidmətdən yayınan 27-37 yaşlı vətəndaşlar sadəcə geri qayıdaraq 2 il Ermənistan ordusunda xidmət edə bilərlər. Bir il xidmət etdikdə dövlət büdcəsinə 2 milyon dram, yarım il olarsa beş milyon dram, 1 ay üçün isə 10 milyon dram ödəməlidirlər. Axtarışda olan şəxslər ümumiyyətlə xidmət etmək istəməsələr, dövlət büdcəsinə 15 milyon dram, təxminən 40 min dollar ödəyə və cinayət təqibindən azad ola bilərlər".

Ermənistanda 9 ildə çağırışçıların sayı 44 mindən 24 minə qədər azalıb.

44 günlük Vətən Müharibəsi ərəfəsində minlərlə erməni hərbi qulluqçunun fərarilik edərək ordudan yayınması xəbəri yayılmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti