Xankəndini təmsil edəcək klub birbaşa Azərbaycan çempionatına buraxılır – SON DƏQİQƏ

14 Noyabr 2023 15:04 Gündəm 10 755
Xankəndini təmsil edəcək klub birbaşa Azərbaycan çempionatına buraxılır – SON DƏQİQƏ

Xankəndi ölkə çempionatında təmsil olunacaq.

Bu haqda Sportinfo.az-a AFFA-dan məlumat verilib.

Federasiyadan redaksiyamıza bildirilib ki, rəhbərlik 1 aydan çoxdur məsələni öz gündəminə alıb. Hazırda müxtəlif variantlar müzakirə olunur.

Onlardan biri bu şəhərdə yeni klubun yaradılmasıdır. Belə olarsa, həmin komandanın mübarizəyə birbaşa II Liqadan başlaması təmin ediləcək.

İkinci variant Premyer Liqada yarəşan klublardan birini ora köçürməkdir.

Bu planı həyata keçirməkdə problem yaransa, AFFA aşağı liqa təmsilçilərindən birini Xankəndinə istiqamətləndirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti