Onlar da Laçındakı evlərinə qayıdır...

14 Noyabr 2023 12:30 Gündəm 608
Onlar da Laçındakı evlərinə qayıdır...

Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə - 40 nəfər köçürülür.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti