"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Molde" növbəti oyununda da uduzub.
Sportinfo.az xəbər verir ki, komanda Norveç çempionatının 27-ci turda “Rusenborq”la qarşılaşıb.
"Molde" 1:3 hesabı ilə meydanı məğlub tərk edib. Bu, komandanın ardıcı 4-cü məğlubiyyəti olub.
“Molde” Norveç çempionatında 44 xalla 5-ci pillədədir.

