Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti matçına hazırlaşır.
“Köhlən atlar” qrup mərhələsinin 4-cü turunda Leverkuzen “Bayer”ini qəbul edəcək.
Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumu qənaətbəxşdir.
Qazonun bəzi nöqtələrində saralmalar gözə dəysə də, ümumi vəziyyət yaxşıdır. Ağdamlılar çempionatdakı son iki oyunu mərkəzi arenada keçirsə də, ota ziyan dəyməyib.
Odur ki, avrokuboklarda indiyə qədərki bəzi önəmli matçlardan fərqli olaraq, “Bayer”lə qarşılaşma ideal örtükdə baş tutacaq.
Ümid edək ki, görüşdən sonra almanlar Respublika stadionunun durumundan ağız dolusu danışaq.
Noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” dueli saat 21:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

