Qarabağdan addım-addım GERİ ÇƏKİLİRLƏR - Ruslar

13 Oktyabr 2023 13:30 Gündəm 827
Qarabağdan addım-addım GERİ ÇƏKİLİRLƏR - Ruslar

Rusiya sülhməramlılarının Qarabağda daha bir müşahidə məntəqəsi bağlanıb.

bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da bağlanan müşahidə məntəqələrinin sayı 23-ə çatıb.

Sentyabrın 19-dan Əsgəran, Şuşa, Xocavənd və Ağdərə rayonlarında sülhməramlılların 7 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.

Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var