“Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir”

12 Oktyabr 2023 03:10 Gündəm 821
“Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir”

“Qarabağdakı rusiyalı sülhməramlılar məsələsi İrəvanla müzakirə edilməyib”.

Bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir.

Ötən həftə TASS-ın diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, oktyabrın 6-sı Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin İrəvana səfəri gözlənilib.

Görüşdə rusiyalı sülhməramlı kontingentin Qarabağdan konkret çıxma tarixlərinin müzakirə ediləcəyi iddia olunub. Daha sonra isə, Ermənistan Müdafiə Nazirliyi sözügedən məlumatları təkzib edib və belə bir görüşün planlaşdırılmadığını açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var