GÖZƏL XƏBƏR - Ağdamda Qarabağ Universiteti tikiləcək

10 Oktyabr 2023 12:10 Gündəm 706
GÖZƏL XƏBƏR - Ağdamda Qarabağ Universiteti tikiləcək

Qarabağ Universitetinin modeli hazırlanır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Tibb Təhsili üzrə Beynəlxalq Konfransda deyib.

Nazirin sözlərinə görə, bu universitet yəqin ki, Ağdamda tikiləcək:

“Biz bu universitetdə də tibb təhsilinin verilməsini istəyirik”.

E.Əmrullayev, həmçinin qeyd edib ki, tibb təhsilinin coğrafiyası genişləndirilməlidir:

“Ənənəvi olaraq tibb sadəcə bir ali təhsil müəssisəsində verilir. Hesab edirəm ki, bu sahədə universitetlər arasında mübadiləni təmin etmək mümkündür. Xüsusən də texnologiya sahəsində bu mübadilə daha məqsədəuyğun olardı”.

Nazir əlavə edib ki, tibb təhsilinin beynəlxalq təcrübələrə uyğunlaşdırılmasına ehtiyac var və nazirlik bu istiqamətdə təkliflərə açıqdır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var