Vardanyanın şikayəti təmin edilmədi, həbsdə qaldı

10 Oktyabr 2023 03:10 Gündəm 706
Vardanyanın şikayəti təmin edilmədi, həbsdə qaldı

Bir neçə gün əvvəl həbs edilmiş qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” Ruben Vardanyan həbs qərarından narazıdır.

R.Vardanyanın vəkili Afət Qaziyeva qərardan şikayət verib.

Vəkil müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb.

Məhkəmə birinci instansiyanın qərarını əsaslı sayaraq şikayəti təmin etməyib.

Qeyd edək ki, R.Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qərimkan tədbiri seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var