“Paşinyan Ermənistanı hərraca çıxarıb, “alıcılar” bunlardır” - SENSASİYA!

8 Oktyabr 2023 08:30 Gündəm 1 766
“Paşinyan Ermənistanı hərraca çıxarıb, “alıcılar” bunlardır” - SENSASİYA!

“Paşinyan təkcə “Artsaxı” (ermənilərin Qarabağdakı separatçı rejimə qoyduqları uydurma ad - red.) deyil, Ermənistanın özünü də geosiyasi hərraca çıxardı. Üstəlik, “Alıcılar” da mövcuddur – Türkiyə və Azərbaycanın təmsil etdiyi Qərb”.

Bu barədə yerli politoloq Beniamin Matevosyan öz teleqram kanalında yazıb.

“Bu 3 aktoru Ermənistanda və bütövlükdə regionda Rusiya amilini ləğv etmək istəyi birləşdirir. Türkiyə və Azərbaycandan fərqli olaraq Qərbin Ermənistana qarşı heç bir şeyi yoxdur, ancaq Rusiya və İrana qarşı mübarizə adı altında Türkiyə-Azərbaycan ittifaqına göz yumur.

Bütün bunlarda Nikol Paşinyanın şəxsi marağı var. Ermənistanı geosiyasi hərraca çıxarmaq müqabilində Paşinyan yerli “Svetlana Tixanovskaya” olmaq istəyir”, - deyə Matevosyan qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var