“Bu, Ermənistanın öz seçimidir”

7 Oktyabr 2023 21:50 Gündəm 672
“Bu, Ermənistanın öz seçimidir”

“Ermənistanın KTMT-dən çıxmaqla bağlı bəyanatları onun suveren seçimidir”.

Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlaması zamanı bildirib.

“Bu, onun suveren seçimidir, Ermənistan rəhbərliyinin seçimidir”, - deyə Rusiya XİN rəhbəri bildirib.

2023-cü ilin yanvarında Ermənistan hakimiyyəti ölkə ərazisində KTMT təlimlərini keçirməkdən imtina etdiyini açıqlayıb. Sentyabrda isə İrəvanın KTMT-dəki daimi nümayəndəsi geri çağırılıb.

Elə həmin ay Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, KTMT ölkəsinin xarici təhlükəsizliyini təmin etmək üçün kifayət etmir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var