Bu gün sülhməramlıların Qarabağdan çıxma tarixi müzakirə ediləcək - İrəvanda

6 Oktyabr 2023 18:30 Gündəm 638
Bu gün sülhməramlıların Qarabağdan çıxma tarixi müzakirə ediləcək - İrəvanda

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək.

Bu barədə məlumatı diplomatik mənbəyə istinadən TASS yayıb.

Bildirilir ki, görüşdə rusiyalı sülhməramlı kontingentin Qarabağdan konkret çıxma tarixləri müzakirə ediləcək.

2020-ci il noyabrın 9-da atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilib.

Rusiya sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

***

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyanın sözlərinə görə, nazirlikdə Rusiya nümayəndə heyəti ilə görüş planlaşdırılmır.

O, səfərlə bağlı hansısa məlumata sahib olmadığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var