Erməni qatillərin həbsi davam edir - Növbədə kimlərdir?

2 Oktyabr 2023 16:30 Gündəm 875
Erməni qatillərin həbsi davam edir - Növbədə kimlərdir?

"Erməni qatillərin həbsi davam edir: növbədə qondarma rejimin "keçmiş rəhbərləri” - Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyandır.

Erməni mənbələr onların gizləndiyini yazır, ehtimal olunur ki, Xankəndidən kənardadırlar, sülhməramlıların bazasında olması da istisna edilməməlidir".

Bu barədə siyasi şərhçi Asif Nərimanlı şəxsi "Facebook" hesabında yazıb.

"Samvel Şahramanyanın Bakıdan onların Ermənistana keçməsinə şəraitin yaradılması xahişini etdiyi, bu xahişin rədd edildiyi məlumatları da var. Azərbaycan kəşfiyyatının bu şəxslərin hərəkətlərini daim nəzarətdə saxladığı deyilir.

Xocalı qatillərinin, əli qana batmış olanların hamısının tezliklə Ruben Vardanyan kimi başıaşağı, Davit Manukyan kimi üzüdivara dayanacağını gözləyirik. Bu, Azərbaycanın haqqıdır", - deyə Asif Nərimanlı qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var