ŞOK İDDİA: Qarabağdakı separatçı rejimin 3 rəhbəri Ermənistana qaçıb?

2 Oktyabr 2023 19:30 Gündəm 1 113
ŞOK İDDİA: Qarabağdakı separatçı rejimin 3 rəhbəri Ermənistana qaçıb?

Telegramın erməni seqmentinin təsirli kanalı olan @bagramyan26 -nın məlumatına görə, Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində bu gün Qarabağdakı separatçı rejimin üç keçmiş "prezidenti" və "hökumət üzvləri" Ermənistana keçə bilib...

Bu barədə hələ ki, Azərbaycan mərkəzi hakimiyyətinin heç bir açıqlaması yoxdur.

Böyük ehtimalla söhbət Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyandan, eləcə də Vitali Balasanyandan gedir. Yeni "prezident" Şahramanyan danışıqlarda pərdəarxası sima olaraq, Xankəndidə qalır...

Musavat.com-un özəl məlumatına görə, bu simalar Xankəndi və ətraf bölgələrin mərkəzi hakimiyyətin problemsiz nəzarəti altına keçməsi, silahlı dəstələrin tərkisilah olunması və ən əsası, Ruben Vardanyanın və daha 3 "generalın" həbs olunması prosesində Bakı ilə gizli əməkdaşılıq ediblər.

Onların yeganə xahişi Qarabağı problemsiz tərk etmək olub.

QEYD: Rəsmi məlumatlar yayılmayana qədər bunlar yalnız erməni iddiaları olaraq qalacaq (musavat.com).

1447237702.jpg (36 KB)

Bako Saakyan

60-83-1695544773.jpg (26 KB)

Arkadi Qukasyan

2020-12-17-09-43-143xcRU4KfF0IdDfSp62AF_file.jpg (804 KB)

Araik Arutyunyan

balasanyan.jpg (45 KB)

Vitali Balasanyan

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var