Futbolsuz qalan Təmkin xarici klubla niyə razılığa gəlmədi?

2 Oktyabr 2023 16:40 Gündəm 2 286
Futbolsuz qalan Təmkin xarici klubla niyə razılığa gəlmədi?

Bir ilə yaxındur futbolsuz qalan Təmkin Xəlilzadə karyerasını ölkə xaricində davam etdirə bilərmiş.

30 yaşlı yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında Qazaxıstan klubundan təklif aldığını, lakin maliyyə şərtlərində fikir ayrılığının yarandığını gizlətməyib.

Az maaşa legioner həyatı yaşamaq istəməyən sol cinah müdafiəçisi həmin klubun adını saytımıza söyləyib:

“Qazaxıstanın “Kaysar” klubundan təklif almışdım. Solaxay müdafiəçi axtarırdılar və mənim haqqımda maraqlanmışdılar.

Əlaqə saxladılar, ümumi söhbətləri etdik, müəyyən razılığımız oldu. İş maaş məsələsinə gələndə fikir ayrılığı yarandı.

Premyer Liqamızın oyunlarını izləyirəm. Şükürlər olsun ki, çempionatımızda oynamaq üçün kifayət qədər gücüm var. Görək gələcəkdə necə olacaq”.

Ötən ilin dekabrında “Zirə”dən ayrılandan sonra futboldan uzaq düşən Təmkin Xəlilzadə xeyli vaxtdır minifutbol oynayır. 30 yaşlı futbolçu hazırda Azərbaycan minifutbol millisinin heyətində Türkiyədə təlim-məşq toplanışındadır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var