AFFA iki rus futbolçuya Azərbaycan pasportu təklif etdi

23 Sentyabr 01:20 Gündəm 2 338
AFFA iki rus futbolçuya Azərbaycan pasportu təklif etdi

Rusiyalı futbolçular Maqomed-Şapi Süleymanov və Həmid Ağalarov Azərbaycan pasportu almaq imkanı əldə ediblərmiş.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına "Sabah"ın baş məşqçisi Murad Musayev məlumat verib.

Onun sözlərinə görə, AFFA hər iki oyunçuya Azərbaycan vətəndaşlığını almağı və yerli komandalardan birində oynamağı təklif edib.

"Federasiya Süleymanova Azərbaycan vətəndaşlığını almağı və yerli komandada oynamağı təklif edib.

Ağalarovu da milliləşdirmək istəyirdirlər. O, "Ufa"dakı uğurlu mövsümdən sonra "Sabah"a keçə bilərdi. Amma Həmidlə anlaşa bilmədik".

Həmid Ağalarov hazırda "Axmat"da çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

"Krasnodar"a məxsus olan Maqomed-Şapi Süleymanov icarə əsasında "Aris"də (Saloniki) oynayır.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"