Millimizin hücumçusu Andres İnyesta ilə bir komandada?

2 İyun 2023 02:40 Gündəm 989
Millimizin hücumçusu Andres İnyesta ilə bir komandada?

"Qarabağ"dan ayrılan Ramil Şeydayev İspaniya yığmasının və "Barselona"nın sabiq futbolçusu Andres İnyesta ilə komanda yoldaşı ola bilər.

Sportinfo.az "harianhaluan.com" saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü ilə anlaşan Tayland təmsilçisi "Buriram Yunayted" 39 yaşlı yarımmüdafiəçini də heyətinə qatmaq istəyir.

Klubun direktoru Nyuin Çidçob yerli mətbuata açıqlamasında Yaponiyanın "Vissel Kobe" komandası ilə vidalaşan ulduz futbolçunu transfer etmək niyyətində olduqlarını bildirib.

Ramil Şeydayev "Qarabağ"la mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM