Azərbaycan bölmələri irəlilədi: Bakı hazırda mühüm yola nəzarət edir

27 Mart 2023 12:50 Gündəm 613
Azərbaycan bölmələri irəlilədi: Bakı hazırda mühüm yola nəzarət edir

“Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər. Bu istiqamətdə daha da irəliləməyə xüsusi ehtiyac yoxdur.

Azərbaycan bölmələri irəlilədi və Xankəndi-Kosalar-Mirzələr-Turşsu torpaq yolunun mühüm qovşaqlarından birinə nəzarət etdi”.

Bu sözləri Ermənistan parlamentinin “Mənim şərəfim” fraksiyasından olan deputat Tiqran Abramyan sosial media hesabında qeyd edib.

Abramyan ordumuzun İkinci Qarabağ müharibəsindən sonra irəlilədiyinə və heç vaxt geri çəkilmədiyinə diqqət çəkib:

“Hazırda onlar istehkam işləri aparırlar. Digər məsələ ikinci dərəcəlidir. Son 2,5 ildə Azərbaycan ordusu irəliləyib və bir dəfə də geri çəkilməyib.

Belə çətin vəziyyət yenə davam edəcək, çünki Azərbaycanla qarşıdurma üçün ciddi uzunmüddətli strategiya yoxdur”, - o qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti