
Bu şəkildə üzərimi qara buludlar alsa da, ümid edirəm, bu axşam Avstriyada milli komandamızın başının üstündə "qara buludlar" olmayacaq.
1994-cü ilin sentyabrından - 16 yaşımdan hər seçmə mərhələyə ümidlə baxmışam, xəyallar qurmuşam.
İndi yaşım az qala əsri yarılayır, amma o xəyallar, ümidlər hələ də gerçəkləşməyib.
Ömrümüz bitdi, bu ölkənin əsas futbol komandası bizi sevindirmədi ki, sevindirmədi....
Bu gecə 8-ci dəfə Avropa çempionatlarının seçmə mərhələsində mübarizəyə başlayırıq.
Heç vaxt qələbə ilə başlamamışıq (2016-cı ilda San Marino üzərində qələbə DÇ-2018-in seçmə mərhələsi idi, Avropa çempionatının yox).
Bildik, rəqib Avstriyadır, amma bir dəfə də siz "qeyrət" göstərin də...
Mənasız oyunlarda qazanılan ardıcıl 5 qələbənin məntiqi əsası varsa, heç olmasa, bu axşam 1 xal qazanmalıyıq...
İlkin Fikrətoğlu
(feysbuk qeydi)