Premyer Liqanın debütantı gürcü müdafiəçini baxışa çağırdı

1 İyul 2022 02:20 Gündəm 765
Premyer Liqanın debütantı gürcü müdafiəçini baxışa çağırdı

"Turan Tovuz" baxışa gürcüstanlı legioner dəvət edib.

Sportinfo.az xəbər verir ki, "Merani"nin mərkəz müdafiəçisi Nika Ketsuriani iyulun 1-dən Tovuz təmsilçisinin düşərgəsinə qoşulacaq.

Bölgə klubu, həmçinin, hazırda azad agent olan "Qarabağ"ın sabiq futbolçusu Faysal Rerrası sınaqdan keçirir.

Komanda ilə birlikdə məşqlərdə iştirak edən 29 yaşlı Mərakeş əsilli belçikalı oyunçu ilə bağlı qərar toplanışın gedişində qəbul olunacaq.

Faysal Rerras "Qarabağ"ın formasını 2019/2020 mövsümündə geyinib.

Digər Xəbərlər
Xəbər Lenti