“Qarabağ” “son döyüş” üçün İsveçrəyə yollandı - FOTOLAR

7 Dekabr 2021 18:10 Gündəm 951
“Qarabağ” “son döyüş” üçün İsveçrəyə yollandı - FOTOLAR

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin son turunda “Bazel”lə qarşılaşmaq üçün İsveçrə səfərinə yollanıb.

Sportinfo.az xəbər verir ki, komanda bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanından vacib qarşılaşma üçün yola düşüb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası pley-off-a vəsiqəni təmin etsə də, qrup birinciliyi üçün mütləq qələbə qazanmalıdır.

Belə ki, Ağdam klubu qalibiyyətlə pley-off-a 1/16 deyil, 1/8 final mərhələsindən başlayacaq. Bu səbəbdən görüş “Qarabağ” üçün böyük əhəmiyyət kəsb edir (qafqazinfo).





Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!