COP29

Azərbaycan millisinin hücumçusu yenidən Türkiyədə - I Liqa klubu ilə anlaşdı

5 Avqust 13:20 Gündəm 3 804
Azərbaycan millisinin hücumçusu yenidən Türkiyədə - I Liqa klubu ilə anlaşdı

Azərbaycan millisinin forvardı Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirməyə çox yaxındır.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli jurnalist Reşat Can Özbudak şəxsi "X" hesabında paylaşım edib.

O, 1-ci Liqada çıxış edən "Ankaragücü"nün 25 yaşlı hücumçunun keçidini yekunlaşdırmaq üzrə olduğunu yazıb. Bundan əlavə, tərəflərin anlaşdığı da diqqətə çatdırılıb.

Müqavilə ilə "Qrasshopper"ə (İsveçrə) məxsus olan Renat Dadaşov ötən mövsüm icarə əsasında Türkiyədə "Hatayspor"un formasını geyinib.

Onun İsveçrə təmsilçisi ilə hazırkı sözləşməsi 2025-ci ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti