Məşhur futbolçudan “Neftçi” və “Qarabağ”la bağlı çox MARAQLI TƏKLİF

17 İyul 2021 12:40 Gündəm 1 703
Məşhur futbolçudan “Neftçi” və “Qarabağ”la bağlı çox MARAQLI TƏKLİF

Azərbaycan klublarının Rusiya çempionatında oynaması növbəti dəfə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, bu dəfə futbol veteranı Andrey Arşavin belə bir zərurətin olduğunu açıqlayıb.

Rusiya millisinin sabiq hücumçusu iki Azərbaycan klubunun gücünə bələd olduğunu gizlətməyib. Onun fikrincə, bu komandalar Rusiya Premyer Liqasını gücləndirər:

“Çempionatımızı daha baxımlı edib, qazanc götürməyin bir yolu var. Qazaxıstan, Azərbaycan və Belarus çempionatı ilə birləşmək.

Bu ən azı auditoriyanı genişləndirər. Bizim “Arsenal”la oyunlar göstərdi ki, Azərbaycanın iki komandası isə heç də Rusiya Premyer Liqasının ikinci “səkkizliy”indən zəif deyil. Bu ölkələrin hərəsindən 2, Rusiyadan 12 komanda götürə bilərik”.

İki il əvvəl “Neftçi” Tula “Arsenal”ını avrokubokda məğlub edibsə (1:0, 3:0), “Qarabağ” bu il yoxlama görüşündə tulalılara 0:1 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da