"Bu gün koronavirusla bağlı məhdudlaşdırılmanın tətbiq edilməsi üçün hər hansı səbəb yoxdur".
Sportinfo.az xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili İlham Məmmədov deyib.
O bildirib ki, gündəlik yoluxma sayının 2000 civarında olması epidemioloji vəziyyətin nəzarət altında olmasının göstəricisidir:
“Vaksinasiyanın sürətləndirilməsi və yayadək əhalinin 50-60 faizinin peyvəndlənməsi virusla mübarizəmizin əsas mərhələsini keçməyimizi şərtləndirən vacib məqamlardan biridir.
Bundan sonra sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq məhdudiyyətlərin ləğv edilməsi istiqamətində müəyyən addımlar atıla bilər”.
Millət vəkili onu da qeyd edib ki, həftəsonları avtobuslarla bağlı tətbiq edilən məhdudiyyətlər yoluxmanın azalmasına xidmət edir.