Qarabağ şəhidlərinin həbsdə olan qohumları azadlığa buraxıldı

25 Yanvar 2021 12:50 Gündəm 1 165
Qarabağ şəhidlərinin həbsdə olan qohumları azadlığa buraxıldı

Vətən müharibəsində şəhid olmuş şəxslərin azadlıqdan məhrum edilən valideynləri və yaxın qohumlarından ibarət 30-dan çox şəxs azadlığa buraxılıb.

Sportinfo.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov ötən ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

M.Ələkbərov bildirib ki, azadlığa buraxılan şəxslərin sayı 30-dan çoxdur və dəqiq məlumat hazırlanır:

“Qanunun yol verdiyi hallara uyğun olaraq onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsinin həbs qətimkan tədbiri dəyişdirilib, bir şəhid ailəsi oğlunun dəfnində iştirak etmək üçün səfərə buraxılıb”.

Digər Xəbərlər
Xəbər Lenti