Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq - ŞAD XƏBƏR

15 Yanvar 2021 22:30 Gündəm 1 158
Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq - ŞAD XƏBƏR

“Azərbaycanda son məhdudlaşdırma tədbirlərindən sonra müsbət nəticələr özünü göstərir.

Müharibə dövründə koronavirusa yoluxmaların sayında artım müşahidə edilirdi”.

Sportinfo.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan artıq koronavirus pandemiyası ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur. Belə ki, gələn həftə ölkəmizdə vaksinasiyaya başlanılacaq.

İ. Məmmədov Azərbaycanın da Türkiyə kimi Çin istehsalı peyvənd aldığını bir daha xatırladıb: “Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi”.

O həmçinin bildirib ki, Baş nazir Əli Əsədov pandemiyadan sonra ilk rəsmi səfərini Türkiyəyə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!