Millimizin yeni baş məşqçisi: "Çalışacağıq ki, yaxşı nəticələrimiz olsun"

22 Sentyabr 2020 09:00 Güləş 824
Millimizin yeni baş məşqçisi: "Çalışacağıq ki, yaxşı nəticələrimiz olsun"

"Ötən il federasiya bizi çimərlik güləşi üzrə 5 yarışa göndərdi. Nəticələr də yaxşı oldu".

Sportinfo.az xəbər verir ki, bu fikirləri çimərlik güləşi üzrə milli komandaya baş məşqçi təyin olunan Oyan Nəzəriani federasiyanın rəsmi saytına açıqlamasında deyib.

26 yaşlı mütəxəssis bildirib ki, artıq çimərlik güləşi üzrə zal istifadəyə verilib: "Bu zal qış aylarında da məşq etməyə imkan verəcək.

Azərbaycanda güləş bir nömrəli idman növüdür. Çalışacağıq ki, çimərlik güləşi də güləşin digər növləri kimi, yüksək səviyyəyə çatsın, yaxşı nəticələrimiz olsun".

Digər Xəbərlər
Xəbər Lenti