Azərbaycan "Təxti Kuboku"nda 4 bürünc medal qazandı

10 Fevral 2018 00:10 Güləş 581
Azərbaycan "Təxti Kuboku"nda 4 bürünc medal qazandı

Azərbaycanın sərbəst güləşçiləri İranın Təbriz şəhərində böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turnirində 4 bürünc medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, Coşqun Əzimov (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Roman Bəkirov (97 kq) fəxri kürsüyə yüksəlməyi bacarıblar.

Onlar bu gün keçirilmiş təsəlliverici görüşlərdən qalib ayrılıblar. Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib. "Təxti Kuboku"nda 23 ölkədən 190-a yaxın idmançı iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti