Vitse-prezidentiliyə seçki

8 Fevral 2018 11:24 Güləş 761
Vitse-prezidentiliyə seçki

Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsinə üzv seçilib.

Sportinfo.az xəbər verir ki, seçki İOC-un Cənubi Koreyanın Pxençxan şəhərindəki 132-ci Sessiyası çərçivəsində gerçəkləşib.

Serbiyalı funksioner İcraiyyə Komitəsində qarşıdakı 4 il müddətində üzv olacaq. O, Yay Olimpiya Növləri İdman Federasiyaları Assosiasiyasının nümayəndəsi olacaq.

Sessiya çərçivəsində İOC-un vitse-prezidenti vəzifəsinə seçki də olub. Bu vəzifəni çinli Yuy Tszaytsin tutub. Bundan başqa çexiyalı Yirji Keyval İOC-un yeni üzvü seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı