Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda ittiham olunan Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sportinfo.az xəbər verir ki, prosesə hakim Rasim Sadıxov sədrlik edib.
Prosesdə təqsirləndirilən şəxsin hadisəni törədərkən anlaqlı vəziyyətdə olub-olmamasını araşdırmaq üçün məhkəmə psixatrik ekspertizası təyin olunub.
O, 1 saylı Respublika Psixatriya Xəstəxanasına göndərilib. Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
A.İsmayılov Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
İsmayılov idmançıdı. O, 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyada keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.

