Azərbaycanın 2 sərbəst güləşçisi yanvarın 9-da start götürəcək Hindistan Liqasında mübarizə aparacaq.
Sportinfo.az xəbər verir ki, bunlar 3 qat dünya çempionu Hacı Əliyevlə dünya çempionatının mükafatçısı Aslanbek Alborovdu.
65 kq çəki dərəcəsində yer alan Əliyev 36 min dollarlıq müqaviləyə imza atıb. 92 kq çəkidəki Alborovun anlaşmasının dəyəri isə 28 min dollardır. Onlar ayrı-ayrı klubların heyətində çıxış edəcəklər.
Qaydalara əsasən, hər bir klubun heyətində 5 kişi və 4 qadın güləşçi çıxış etməlidi. Pro Wrestling League adlanan yarış 3 ildir keçirilir.

