Sərbəst güləş üzrə Avropa çempionu olmuş Azərbaycan millisinin üzvü Anar İsmayılov soyğunçuluqda ittiham edilir.
Sportinfo.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir.
Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilən A. İsmayılovun cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
A.İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.

