Firdovsi Umudovun komandası Yuqra kuboku uğrunda güləşəcək

27 Oktyabr 2017 00:16 Güləş 859
Firdovsi Umudovun komandası Yuqra kuboku uğrunda güləşəcək

28-29 oktyabrda Rusiya Federasiyasının Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə Yuqra kuboku keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 14-cü dəfə keçirilən yarışda sərbəst güləş üzrə ustalardan ibarət yığmamızın üzvləri də iştirak edəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi 1-ci dərəcəli beynəlxalq hakim Qərib Əliyev təmsil edəcək. Məşqçilər Vahid Məmmədov və Qılman Novruzovun rəhbərliyi ilə qonşu ölkəyə 7 bahadırımız yollanacaq.

Bunlar Mahir Əmiraslanov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (65 kq), Coşqun Əzimov (70 kq), Orxan Abbasov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbəy Alborovdur (97 kq).

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı