Fazil Məmmədov vitse-prezidenti federasiyadan uzaqlaşdırdı

24 Oktyabr 2017 11:48 Güləş 847
Fazil Məmmədov vitse-prezidenti federasiyadan uzaqlaşdırdı

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.

Bu vəzifənin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib. S.Ələkbərov həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidentidi.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı