Millimiz Dağıstandan 2 qızıl, 1 gümüş və 1 bürünc medalla qayıtdı

19 Oktyabr 2017 00:16 Güləş 562
Millimiz Dağıstandan 2 qızıl, 1 gümüş və 1 bürünc medalla qayıtdı

Dağıstanın Xasavyurd şəhərində sərbəst güləş üzrə qitələrarası kubok turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, 65 kq-da Ağahüseyn Mustafayev və 97 kq-da mübarizə aparan Aslanbəy Alborov bütün rəqiblərindən üstün olublar.

Yalnız final görüşündə uduzan Camaləddin Məhəmmədov (125 kq) gümüş medalla kifayətlənib. Bürünc medalı bu çəkidə çıxış edən digər təmsilçimiz Səid Həmidov qazanıb.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev təmsil ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti