Yığmamızın üzvü Ukraynada həyat yoldaşının nəzarəti altında

13 Oktyabr 2017 18:36 Güləş 730
Yığmamızın üzvü Ukraynada həyat yoldaşının nəzarəti altında

Qadın güləş millimizin öncülü Mariya Stadnik (48 kq) məşqlərə başlayıb.

Sportinfo.az xəbər verir ki, Parisdə keçirilmiş dünya çempionatında iştirak etməyərək istirahət üçün yığma komanda rəhbərliyindən rüsxət alan titullu idmançı çalışmaları vətəni Ukraynada həyat yoldaşı, şəxsi məşqçisi Andrey Stadnikin nəzarəti ilə keçir.

İlin sonunda Rusiyada dünya kuboku təşkil olunacaq. Həmin mübarizəyə millimiz iştirak hüququ qazanıb. Bu sınağa 3-qat olimpiya mükafatçımızın qatılacağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti