COP29

"Şükür, məqsədimə çatdım"

13 May 03:00 Güləş 378
"Şükür, məqsədimə çatdım"

“Turnirə yaxşı hazırlaşmışdım. Məqsədim lisenziya qazanmaq idi. Şükür ki, məqsədimə çatdım”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov deyib.

60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı "Paris-2024" Yay Olimpiya Oyunlarında iki əsas rəqibinin olduğunu bildirib:

"Bunlar Qırğızıstan və Yaponiya güləşçiləridir. Üç aya yaxın bir vaxt var.

Bu müddət ərzində həm taktiki, həm texniki baxımdan çalışacağam və onlara da qalib gələcəyəm. H

azırkı çəkimdə özümü yaxşı hiss edirəm. Daha əvvəl 66 kiloqramda mübarizə aparırdım. İlk dəfə idi çəki salırdım. Bədənim və beynim rahat idi".

Murad Məmmədovla yanaşı, Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti də (130 kiloqram) Olimpiya lisenziyası əldə ediblər.

Bununla da Azərbaycanın “Paris-2024”ə əldə etdiyi lisenziyaların sayı 23-ə çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!