Azərbaycanın qadın çempionu

8 Sentyabr 2017 01:00 Güləş 579
Azərbaycanın qadın çempionu

Yunanıstanın paytaxtı Afinada keçirilən yeniyetmələr arasında dünya çempionatında Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, qadın güləşi üzrə 38 kq çəki dərəcəsində yer alan Şahanə Nəzərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, ilk görüşdə yaponiyalı Karin Uematsunu 84 saniyəyə, yarımfinalda rusiyalı Luçana Bekbaulovanı 65 saniyəyə yenib. Finalda isə ukraynalı Mariya Tomişiçi vaxtından əvvəl üstələyən Nəzərova dünya çempionu olub.

Daha əvvəl yunan-Roma güləşçilərindən Qurban Qurbanov (42 kq) qızıl, Nihad Məmmədli (46 kq) və Zaur Əliyev (50 kq) gümüş medal əldə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti